İran millisi dünya çempionatında öz ölkəsinin himnini oxumadı- Qətərdə həmrəylik nümayişi...

İran milli komandasının futbolçuları Qətərdə keçirilən dünya çempionatında İngiltərə ilə oyundan əvvəl öz ölkələrinin himnini oxumayıblar.

Azpost.info xəbər verir ki, tamaşaçılardan bəziləri futbolçuları fitə bassa da, əksər azarkeşlər onların bu qərarını  alqışlarla qarşılayıblar.

İranlı yarımmüdafiəçi Əlirza Cahanbaxş oyundan əvvəl komandanın futbolçularının İrandakı etirazların qurbanları ilə həmrəylik üçün himni oxumaqdan imtina edəcəklərini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.