İran nüvə  sazişinin icrasına qayıtmağa hazırdır –Ruhani Makrona telefonda vəd verdi

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehranın nüvə sazişi öhdəliklərinin azaldılmasının üçüncü mərhələsindən sonra ilk telefon danışığını keçiriblər.

Bu barədə İran prezidentinin saytında yayıldığı məlumatda bildirilir.

Ruhani Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Fransa prezidenti Parisin işlərini bu istiqamətdə davam etdirdiyini deyib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir