ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla aparılan danışıqlarda nüvə silahı əldə etməyə can atmadığını açıq şəkildə bəyan etməkdən imtina edir.
Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, tərəflər hazırda danışıqlar aparır, lakin proses istənilən istiqamətdə irəliləmir.
“Biz danışıqlar aparırıq, amma biz bu danışıqlardan narazıyıq. Onlar sadəcə əsas sözləri demək istəmirlər”, – Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, İran razılaşma əldə etməlidir, lakin proses bu istiqamətdə kifayət qədər irəliləmir.