İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb.
Bu barədə IRNA məlumat yayıb.
“Bu səfər dost və qardaş Azərbaycan Respublikası Prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir. Biz də sevdiklərimizlə Azərbaycanda görüşməkdə məmnunuq” -deyə Pezeşkian Bakıya yola düşməzdən əvvəl deyib.
Prezident bildirib ki, İran, Azərbaycan Respublikası və Rusiya arasında ticarət, elmi, iqtisadi məsələləri, tranzit yollarını müzakirə edəcəklər.