İran prezidentinin Moskvaya səfərinin vaxtı- AÇIQLANDI

İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

“Bu səfər zamanı Pezeşkian və Putin iki ölkə arasında əməkdaşlığa dair saziş imzalayacaqlar”, – Cəlali deyib.
Daha əvvəl Rusiya və İran iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.

Mətbuatda sənədin Kazanda keçiriləcək BRİKS sammiti zamanı imzalana biləcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin ölkələrin prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Türkmənistanda söhbət zamanı sənədin Rusiyaya ayrıca səfəri zamanı imzalanması barədə razılığa gəldi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.