İran HƏMAS-a siyasi və mənəvi dəstəyini davam etdirəcək, lakin Qəzza zolağında gedən döyüşlərə birbaşa müdaxilə etməyəcək.
Azpost.info xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei HƏMAS lideri İsmayıl Haniyə ilə görüşündə deyib.
Bu barədə danışıqlardan xəbəri olan üç mənbə “Reuters”ə bildirib.
Xamnei həmçinin Haniyədən İran və Livan “Hizbullah”ını İsrailə qarşı müharibəyə tam qoşulmağa çağıran HƏMAS nümayəndələrini sakitləşdirməyi tələb edib.
İran rəsmiləri, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir neçə dəfə açıq şəkildə bəyan ediblər ki, onlar İsrail və HƏMAS arasındakı müharibənin bütün regiona yayılmasını istəmirlər.
“Hizbullah”a yaxın üç mənbə “Reuters”ə bildirib ki, HƏMAS-ın İsrailə hücumu onlar üçün sürpriz olub: “Hizbullah” üzvləri hətta sərhədə yaxın kəndlərdə döyüş hazırlığında deyillər. “Biz oyandıq və müharibə gördük” “Hizbullah” komandirlərindən biri deyib”.
Azpost.info