Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.
Bu haqda BBC məlumat yayıb.
İranın Qətərdəki ABŞ bazalarına 6 raket atdığı bildirilir.
Qeyd edək ki, ABŞ mətbuatında İranın yaxın saatlarda bu ölkənin Qətərdəki hərbi bazalarından birinə raket zərbəsi endirə biləcəyi ilə bağlı iddialar səslənib.
İranın dövlət televiziyası ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazasına qarşı “Bərəkət əl-Fəth” əməliyyatının başladığını elan edib.
Reuters xəbər verir ki, İraqdakı Ayn əl-Əsəd aviabazasındakı ABŞ hərbçilərinə sığınacağa girmək əmri verilib.
***
Qətərin Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin Əl-Udeid Hərbi Hava Bazasına yönələn raket hücumunu uğurla dəf etdiyini bildirib.
Nazirlik hücum nəticəsində ölən və yaralanan olmadığını vurğulayıb