İran rəhbəri nə üçün xalqın qarşısına çıxmır? –Əraqçi açıqladı

İranın Ali Lideri Ayətullah Müctəba Xameneyi təhlükəsizlik səbəbləri ilə bağlı ictimaiyyət qarşısına çıxmır.

Azpost.info bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 5-də deyib.

“O, ölkənin işlərində çox yaxından iştirak edir və onun inkişafına təsir göstərir. Hakimiyyətin sükanını əlində saxlayır. Lakin təhlükəsizlik səbəbləri ilə əlaqədar müvafiq orqanlar onun şəxsən çıxış etməməsini məsləhət görürlər”, – deyə o, Əl-Məyadin televiziyasında bildirib.

Müsahibənin transkripti Xarici İşlər Nazirinin Telegram kanalında dərc edilib.

Əraqçi əlavə edib ki, İran hökuməti ayətullahla daim əlaqə saxlayır və onun strateji qərarların qəbul edilməsində iştirak etdiyini vurğulayıb.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.