İran raketləri İsrailin iki hava limanını və nəqliyyat təyyarəsini zədələyib –"ABC News"

Ən azı doqquz İran raketi rejimin iki hava bazasını  zədələyib.

Azpost.info bildirir ki, bu sözləri adının çəkilməsini istəməyən ABŞ-ın yüksək rütbəli rəsmisi ABC News-a bildirib.

Onun sözlərinə görə, İsrailin HHM sistemlərinin qarşısını ala bilmədiyi ən azı doqquz İran raketi iki hava bazasına düşüb.

“ABC News”-a adının çəkilməsini istəməyən digər bir rəsmi şəxs bildirib ki, beş ballistik raket İsrailin “Nevatim” hava bazasını vuraraq C-130 nəqliyyat təyyarəsini zədələyib.

Rəsmi həmçinin daha dörd ballistik raketin “Negev” hava bazasına dəydiyini, lakin əhəmiyyətli zərər barədə məlumat verilmədiyini əlavə edib.

İran aprelin 1-də Suriyanın paytaxtında İran konsulluğuna hücuma cavab olaraq İsrailə doğru yüzlərlə raket və pilotsuz uçan aparat atıb.

Əvvəlki məqalə

Rusiya və İran XİN rəhbərləri son hadisələri müzakirə edib

Sonrakı məqalə

“İranın İsrailə zərbəsi Qərbin biabırçı hərəkətsizliyinə cavab idi”