“İranın İsrailə zərbəsi Qərbin biabırçı hərəkətsizliyinə cavab idi”- Rusiyanın BMT TŞ-dəki nümayəndəsi

İranın İsrailə ilk birbaşa zərbəsi İsrail ordusunun Tehranın Suriyadakı diplomatik missiyasına hücumuna və Qərbin bunu qınamaq istəməməsinə qanuni cavabdır.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Aprelin 14-nə keçən gecə yaşananlar “vakuumda” baş vermədi. İranın addımları BMT Təhlükəsizlik Şurasının biabırçı hərəkətsizliyinə, İsrailin Dəməşqə açıq-aşkar hücumuna cavab idi” – Nebenzya BMT Təhlükəsizlik Şurasının təcili iclasında deyib.

Rusiyalı diplomat xatırladıb ki, beynəlxalq hüquqda diplomatik nümayəndəliyə hücum müharibə elan etmək üçün formal səbəbdir. Onun sözlərinə görə, Qərb ölkələrinin nümayəndələri hücuma məruz qalsaydılar, hücuma cavab verəcək və haqlı olduqlarını sübut edəcəkdilər.

“Sizin üçün Qərb missiyalarına və Qərb vətəndaşlarına aid olan hər şey müqəddəsdir və qorunmalıdır” deyən Nebenzya Qərbin mövqeyini riyakarlıq və ikili standartların paradı adlandırıb.

O, həmçinin İranın İsraillə münasibətləri daha da gərginləşdirmək istəmədiyini bildirməsinə diqqət çəkib və münaqişənin regional qarşıdurmaya genişlənməsinin qarşısını almaq üçün Təl-Əvivi bu nümunəyə əməl etməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

İran raketləri İsrailin iki hava limanını və nəqliyyat təyyarəsini zədələyib –

Sonrakı məqalə

Beynəlxalq Məhkəmədə Azərbaycanın etirazı əsasında dinləmə başlayır