Rusiya və İran XİN rəhbərləri son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian və rusiyalı həmkarı Sergey Lavrov telefon danışığında Qərbi Asiyada baş verən son hadisələri müzakirə ediblər.

Azpost.info bildirir ki, bu barədə İRNA məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Moskva aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu kəskin şəkildə pisləyib.

Məlumatda daha sonra bildirilib ki, hər iki tərəf beynəlxalq və regional gündəliyin prioritetləri üzrə koordinasiyanın yüksək səviyyədə saxlanması barədə razılaşmaları təsdiqləyiblər.

“Hər iki tərəfin siyasi və diplomatik əməkdaşlığın, o cümlədən nəqliyyat-logistika sektorunda, tranzit daşımalar sahəsində qarşılıqlı fəaliyyətin ardıcıl şəkildə genişləndirilməsində maraqlı olduğunu vurğulayıblar”.

Əvvəlki məqalə

Bayden İranın İsrailə hücumundan sonra xalqa bilərəkdən müraciət etmədi

Sonrakı məqalə

İran raketləri İsrailin iki hava limanını və nəqliyyat təyyarəsini zədələyib –