“İran Rusiyaya 400-dən çox kamikadze dron verib”- KİRBİ

“Vaşinqton Rusiya və İran arasında hərbi əməkdaşlığın genişləndirilməsini müşahidə edir”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Söhbət Rusiyaya Ukraynada insanları öldürməyə və İrana qonşu ölkələr üçün təhlükə yaradan hərbi texnika ehtiyatı saxlamağa imkan verəcək əlaqələrindən gedir”, – Kirbi deyib.

Onun sözlərinə görə, iki ölkənin tərəfdaşlığı Moskvaya Ukraynadakı müharibəni uzatmağa şərait yaradır.
Ağ Ev rəsmisi qeyd edib ki, ötən avqust ayından bəri İran Rusiyaya 400-dən çox kamikadze dron təhvil verib: “Dronlar Tehranın Moskvaya verdiyi əsas hərbi yardımdır. Bununla belə, Kreml daha çox şey əldə etmək niyyətindədir”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.