İran Rusiyaya hərbi dəstək verirmi?- Kiyev İsraildən kəşfiyyat məlumatları istəyib

Ukrayna İsraildən Rusiya Silahlı Qüvvələrinin İrandan hərbi dəstək alıb-almadığına dair kəşfiyyat məlumatları istəyib.

Azpost.info xəbər verir ki, bu barədə “Axios” yüksək rütbəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Kiyev döyüş bölgəsində İranın “Şahed-136” pilotsuz uçuş aparatının görünməsi ilə bağlı xəbərlərdən narahatlıq keçirib:

“Ukrayna tərəfi İsrail hökumətinə Yaxın Şərq problemlərinə dair xüsusi dialoq kanalı yaratmağı təklif edib. Bu mövzuya İsrail Xarici İşlər Nazirliyinin departament rəhbəri Simona Halperinin Kiyevə səfəri zamanı toxunulub. O, Ukraynanın Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Maksim Subxla görüşüb. Subx Təl-Əvivi Kiyevə hərbi yardım göstərməyə və anti-Rusiya sanksiyalarına qoşulmağa çağırıb”.

Avqustun sonunda Ağ Evdən bildirmişdilər ki, İran Rusiyaya “Mohajer-6” və “Şahed” seriyalı pilotsuz uçuş aparatlarını təhvil verib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə səhiyyə nazirinin Azərbaycana səfəri başlayıb

Sonrakı məqalə

Rüşvət almaqda ittiham olunan sabiq nazir ölümə məhkum edilib