Rüşvət almaqda ittiham olunan sabiq nazir ölümə məhkum edilib- FOTO

Çinin keçmiş ədliyyə naziri, ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Fu Çjenxua barəsində ölüm hökmü çıxarılıb.

Azpost.info xəbər verir ki, o, 16,5 milyon dollar rüşvət almaqda təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, Fu Çjenxuanın əmlakı dövlət xeyrinə müsadirə olunacaq. Keçmiş nazir təqsirini boynuna alıb, əməlindən peşman olduğunu bildirib və oğurlanmış malların tapılmasında istintaqa kömək edib.

İki ildən sonra ölüm hökmü şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəz edilə bilər.

İstintaq müəyyən edib ki, məmur müxtəlif vaxtlarda biznesə himayədarlıq edib, həmçinin partiya və dövlət vəzifələrindəki işindən şəxsi məqsədləri üçün istifadə edib.

Azpost.info

 

Əvvəlki məqalə

İran Rusiyaya hərbi dəstək verirmi?

Sonrakı məqalə

Azərbaycandan Türkiyəyə müalicəyə gedənlər üçün xüsusi portal istifadəyə verilib