İran Səhiyyə Nazirliyi koronavirusdan 50 nəfərin ölməsi xəbərini təkzib edib

“Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik”. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: “Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm”.

O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: “Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir”.

Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacıqabulda özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub

Sonrakı məqalə

20-yə yaxın icra başçısı yola salınacaq –