İran savaş ərzində ilk dəfə ABŞ-la birbaşa danışıqlar aparır –Reuters

İsraillə münaqişənin kəskinləşməsi fonunda İran ABŞ ilə ilk dəfə birbaşa danışıqlar aparır.

AzPost bildirir ki, bu barədə Reuters mötəbər mənbələrə istinadən xəbər yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, Trampın xüsusi nümayəndəsi Vitkoff və İranın xarici işlər naziri Əraqçi arasında danışıq olub. Əraqçi bəyan edib ki, Tehran İsrail hücumlarını dayandırmayana qədər nüvə sazişi üzrə danışıqlara qayıtmayacaq.

***

Üç diplomatın Reuters agentliyinə verdiyi məlumata görə, ABŞ-ın xüsusi elçisi Steve Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi  İsrailin İrana zərbələri keçən həftə başlayandan bəri bir neçə telefon danışığı aparıblar.

Tərəflər böhranın diplomatik həlli üçün danışırlar.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomatların sözlərinə görə, Araqçi deyib ki, İsrail iyunun 13-də başlayan hücumları dayandırana qədər Tehran danışıqlara qayıtmayacaq.

Onlar həmçinin bildiriblər ki, mayın sonunda ABŞ-ın İrana çatdırdığı təklif həmin danışıqlar çərçivəsində qısa müddət ərzində müzakirə olunub. Təklif İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsiumun yaradılmasını nəzərdə tutur, Tehran bu təklifi indiyədək rədd edib.

ABŞ və İran rəsmiləri Reuters-in şərh sorğusuna cavab verməyiblər.

 

Xəbər yenilənir…

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.