İran ətrafında gərginləşən vəziyyət artıq qlobal bazarlara təsir göstərir. Qərb analitiklərinin qeyd edir ki, bu, Rusiyanın xeyrinə işləyə bilər. Əsas amil tədarükün kəsilməsi qorxusu fonunda neft qiymətlərinin artmasıdır.
Azpost.info bildirir ki, CNN-in məlumatına görə, 2 mart tarixində Brent markalı neftin qiyməti qısa müddətə barel üçün 82 dolları keçib, daha sonra isə bir qədər düşüb. Günorta saatlarında qiymətlər əvvəlki gündən təxminən 6% yüksək olaraq, barel üçün 77 dollar səviyyəsində qalıb.
Bruegel beyin mərkəzinin baş elmi işçisi Simone Tagliapietra kanala bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək qabiliyyəti əsasən neft gəlirlərindən asılıdır. O, mövcud hadisələrin Moskva üçün əlavə maliyyə gəliri yaratdığını iddia edib: “Bu da Rusiya üçün yaxşı xəbər, Ukrayna üçün isə pis xəbərdir”.
Ekspert vurğulayıb ki, neft qiymətlərindəki hər hansı bir artım birbaşa Rusiya büdcəsini gücləndirir və hərbi xərclərin maliyyələşdirilməsinə kömək edir.
CNN jurnalistləri həmçinin qeyd edirlər ki, son illərdə Rusiyanın ixrac gəlirlərində əhəmiyyətli dərəcədə azalmaya baxmayaraq, neft və qaz sektoru hələ də xəzinəni doldurmaqda əsas rol oynayır. Oksford Enerji Tədqiqatları İnstitutunun hesablamalarına görə, neft və qaz gəlirləri 2025-ci ildə Rusiyanın federal büdcəsinin təxminən 23%-ni təşkil edib.