İran ABŞ prezidenti Trampın nüvə ultimatumunu rədd edib.
AzPost bildirir ki, bu barədə İranın XİN başçısı Abbas Əraqçi bəyan edib.
“Trampın gözləntiləri bizi maraqlandırmır. Biz öz maraqlarımızı düşünürük. Nə uyğundursa, ediləcək” – deyə Abbas Əraqçi bildirib.
Bundan əvvəl Axios portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti İranın Ali Rəhbərinə məktub göndərib. Bu məktubda o, yeni nüvə sazişinin bağlanması üçün 2 ay müddət təyin edib.