İran Trampın yardım təklifini rədd edib:

"Ehtiyacımız yoxdur, özümüz hazırlayırıq"
19 Aprel 2020 - 18:41

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampa cavab verib.

Nazir öz “Twiter” səhifəsində yazıb ki, Tehranın Trampın təklif etdiyi süni ağciyər ventilyasiyası cihazlarına ehtiyacı yoxdur: “İran özü bir neçə aya bu cihazları təcrübədən keçirəcək. Siz, yalnız onu edə bilərsiniz ki, başqa xalqların, əsas da mənim xalqımın daxili işlərinə müdaxilə etməyi dayandırasınız”.

Qeyd edək ki, şənbə günü Tramp Ağ Evdəki konfransda bəyan edib ki, İran istəsə, ABŞ ona süni ağciyər ventilyasiyası cihazları göndərə bilər.