ABŞ-ın “Şevron” neft şirkəti Azərbaycandan niyə getdi? –ŞƏRH

“Azərbaycanın azalan neft həcmləri fonunda nəhəng şirkətlərin ölkəmizi tərk etməsi və onları orta çaplı şirkətlərin əvəzləməsi kommersiya nöqteyi baxımından başa düşüləndir”.

Azpost.info bildirir ki, bu sözləri neft üzrə tanınmış ekspert İlham Şaban ABŞ-ın “Şevron”şirkətinin Azərbaycandakı payının satmasını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, Chevron bu barədə qərarını 2018-ci ilin dekabrında rəsmən açıqlamışdı: “Azərbaycandakı layihələrin satışından əldə ediləcək gəliri daha yüksək gəlirlik səviyyəsi nümayiş etdirən ABŞ-dakı neft layihələrinə reinvestisiya etmək. Bu addım biznesin inkişafı baxımından normaldır. Neft şirkətləri horizonda ən uzağa baxanlar hesab edilirlər. “Chevron” “ExxonMobil”dən sonra Amerikanın ikinci neft nəhəngi sayılır. Biznes portfelini kifayət qədər şaxələndirir: ənənəvi enerji ilə yanaşı alternativ enegetikaya böyük sərmayələr yatırır və həmçinin şist neft yataqlarını da işlədir. Bu baxımdan şirkətin bu qərarı başa düşüləndir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 25 nəfərdə koronavirus aşkarlanıb-

Sonrakı məqalə

İran Trampın yardım təklifini rədd edib: