İran üzərindən Naxçıvana mülki uçuşlara qadağa qoyulmayıb.
AZAL-dan bildirilib ki, sərnişin təyyarələrimiz İranın hava məkanından istifadə edə bilir: “Bunu “Flightradar” sisteminə baxış keçirəndə də görmək mümkündür. AZAL-ın İran hava məkanından istifadə edərək sərnişin daşımasına hər hansı qadağa yoxdur”.
Qeyd edək ki, oktyabrın 6-dan etibarən AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından da istifadə etməyə başlayıb.