“İran və Səudiyyə regionun əsas oyunçularıdır”- KREML

“Rusiya İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin azaldılması istiqamətində atılan addımları alqışlayır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Tehran və Ər-Riyadın diplomatik münasibətlərin bərpasına dair saziş imzalamasını şərh edərkən deyib.

Peskov qeyd edib ki, bu ölkələr regionda əsas oyunçulardır.

“Biz çox qeyri-sabit bir regionda gərginliyin səviyyəsini azaltmağa və dialoqu yaxşılaşdırmağa kömək edəcək istənilən addımı alqışlayırıq. Xüsusilə Səudiyyə Ərəbistanı və İran kimi əsas regional oyunçulardan söhbət gedəndə”, – Peskov bildirib.

Qeyd edək ki, martın 10-da İran və Səudiyyə Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpası haqqında saziş imzalayıb. Buna əsasən, ölkələr iki ay ərzində səfirliklər açmaq niyyətindədirlər.

Sazişin icrasını müzakirə etmək üçün iki dövlətin xarici işlər nazirlərinin görüşəcəyi gözlənilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.