İran və Səudiyyə hökumətləri anlaşdı: münasibətlər bərpa olunur, 2 ay içində səfirliklər açılır

İran və Səudiyyə Ərəbistanının hökumət rəsmiləri iki ölkə arasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

2 ay ərzində qarşılıqlı şəkildə səfirliklərin açılması da planlaşdırılır.

Məlumata görə, bir neçə gündür İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və onun səudiyyəli həmkarı Çində danışıqlar aparırmış. Nəticədə üçtərəfli bəyanat qəbul edilib, Tehran və Ər-Riyad ən geci iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirlikləri açmaq barədə razılığa gəliblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.