İran Xarici İşlər Nazirliyinin yeni sözçüsünün adı bəlli olub.
Xarici işlər naziri Məhəmməd Cavad Zərif yeni sözçü vəzifəsinə XİN-in beynəlxalq və siyasi araşdırmalar mərkəzinin araşdırmalar üzrə idarə rəisinin müavini Səid Xətibzadəni təyin edib.
Qeyd edək ki, S.Xətibzadə 21 ildir ki, XİN-də çalışır. XİN-nin müxtəlif idarələrində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Həmçinin Kanada və Almaniyada diplomat olub. (APA)