Bu gün Minskdə Lukaşenkoya dəstək mitinqi keçiriləcək

Hökumətyönlü “Belaya Rus” ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq “həmrəylik mitinqi” keçirmək niyyətindədir.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.

Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.

Həmçinin, qeyd edilib ki, mitinqdə Vətənini sevən, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısı bir araya gələcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Xarici İşlər Nazirliyinin yeni sözçüsünün adı açıqlanıb –

Sonrakı məqalə

Tramp ABŞ-da “Alibaba” şirkətinə qadağa qoyulacağını istisna etməyib