Regional gərginlik artarsa, Tehran dünyanın ən mühüm enerji nəqli marşrutu olan Hörmüz boğazından gəmilərin keçidini əngəlləyə bilər.
Azpost.info xəbər verir ki, bu barədə TASS-a iranlı politoloq və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis, professor Mehdi Seyf Təbrizi deyib.
“İran hərbi və strateji məqsədlərdən çıxış edərək Hörmüz boğazını bağlaya bilər ki, bu da enerji ixrac imkanlarına ciddi təsir göstərər. Çünki boğazın neft tankerləri və konteyner gəmiləri üçün əlçatan olan dərin su hissəsi İslam Respublikasının ərazi sularında yerləşir. İran hərbi potensialına güvənərək, müharibə zamanı gəmiçiliyi tənzimləyən qanunlar əsasında düşmən gəmilərinin keçidini, hətta boğazda bütün beynəlxalq ticarəti bağlaya bilər”, – ekspert bildirib.
Azpost.info