İran yeni raket sistemini nümayiş etdirib

İran “Bavər 373” zenit raket sisteminin təkmilləşdirilmiş variantını təqdim edib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasimində İran Müdafiə naziri, general-mayor Əmir Hatəmi iştirak edib.

Raketin məhvetmə məsafəsi 200 km-dən 300 km-ə çatdırılıb.

İranda bu gün “Sayad b4” tipli uzaqmənzilli raketin istehsal xətti də açılıb.

Əvvəlki məqalə

Türkiyədə mina partladılması zamanı bir hərbçi şəhid olub

Sonrakı məqalə

ABŞ döyüş təyyarələri İrana doğru irəliləyib –