“İran zərbədən sonra danışıqlar təklif edib, qəbul etdim”-Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Amerika qüvvələrinin zərbələrindən sonra danışıqları bərpa etməyi təklif edib və o, bu təklifi qəbul edib.

Ağ Ev rəhbəri bu barədə “The Atlantic” nəşrinə açıqlamasında danışıb.

Trampın sözlərinə görə, Tehran daha əvvəl kompromisə getməli idi, lakin qərar verməkdə gecikib.

“Onlar danışmaq istəyirlər və mən də razılaşdım. Ona görə də onlarla danışacağam. Bunu daha əvvəl etməli idilər. Çox uzun müddət gözlədilər”, – deyə ABŞ prezidenti bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.