İran əsilli xarici vətəndaşlar Azərbaycana təxliyə olunub

Səhər saatlarından bir qrup İran əsilli xarici vətəndaşın bu ölkədən Azərbaycana təxliyəsi həyata keçirilib.

APA-nın verdiyi xəbərə görə, təxliyə prosesi “Astara” dövlət sərhədinin buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib.

Vətəndaşlar sərhəddə sənədləşmə və müvafiq yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar.

Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər.

Həmin şəxslər üçün ayrılan nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.