ABŞ prezidenti Tramp İranla bütün rəsmi görüşləri və danışıqları ləğv etdiyini bəyan edib.
AzPost bildirir ki, o bu barədə sosial şəbəkədə paylaşımında yazıb.
“İrana kömək artıq yoldadır”-deyə Tramp yazıb.
Donald Tramp “etirazçıların öldürülməsi dayanana” qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini açıqlayıb və etiraz aksiyalarını davam etməsinə çağırıb.
“İran vətənpərvərləri, etiraz etməyə davam edin – qurumları nəzarətə alın. Qatillərin adlarını yadda saxlayın. Onlar bunun üçün ağır bədəl ödəyəcəklər”, – Tramp bəyan edib.
