ABŞ Müdafiə Nazirliyi raket ehtiyatlarının doldurulması üçün Konqresdən milyardlarla vəsait istəyib.
Azpost.info bildirir ki, “Wall Street Journal” qəzetinin məlumatına görə, İrana qarşı hərbi kampaniyasının ilk dörd günü ABŞ-a təxminən 11 milyard dollara başa gəlib.
Məqalədə bildirilir ki, Pentaqon rəsmiləri son hərbi əməliyyatlar zamanı xərclənən ABŞ arsenalının doldurulması üçün təkliflər hazırlayırlar.
“Trampın birinci administrasiyası dövründə Pentaqonun büdcə ofisində yüksək vəzifəli məmur olan Elaine McCusker-in təhlilinə görə, İrana zərbələrin ilk dörd gününün dəyəri təxminən 11 milyard dollar qiymətləndirilir”-deyə məqalədə vurğulanır.
Qəzet bildirir ki, Konqres və müdafiə sənayesi ordudan Patriot və Tomahawk raket sistemlərinin, eləcə də THAAD sistemlərinin alınması üçün təcili maliyyələşdirmə tələb etməsini gözləyir.
ABŞ və İsrail silahlı qüvvələri arasında birgə əməliyyatın başlanğıcından bəri onların xərcləri kəskin şəkildə artıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin orta və iri çaplı sursat ehtiyatlarının kifayət qədər əhəmiyyətli olduğunu, lakin onların həcminin hələ istədiyi səviyyəyə çatmadığını bildirmişdi.