“İrana zərbələr əvvəlki intensivliklə davam edəcək” –Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı zərbələri əvvəlki intensivliklə davam etdirəcəyini bildirib.

Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib.

İrandakı əməliyyatın başa çatdırılması üçün hansı hərbi addımların atılacağı ilə bağlı suala cavab verən ABŞ prezidenti deyib ki, Vaşinqton “indiyədək etdiyindən daha çoxunu edəcək”.

ABŞ lideri əlavə edib ki, Vaşinqton istəsə daha sərt addımlar ata bilər.

“Biz bəzi hədəflərə toxunmuruq. Əgər onları vurmaq istəsək, bu gün, bir saat ərzində məhv edə bilərik”, – deyə Tramp bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.