“İrana zərbəni vaxtı təsadüfi seçilməyib, neft bahalaşacaq” –EKSPERT ŞƏRHİ

İrana zərbə çox güman ki, qlobal neft qiymətlərində qısamüddətli artıma səbəb olacaq.

Azpost.info bildirir ki, bu barədə yanacaq üzrə ekspert Dmitri Leuşkin UNIAN-a verdiyi şərhdə bildirib.

Onun sözlərinə görə, amma  1 martda OPEC-in iclası keçiriləcək. Burada hasilatın artırılması ilə bağlı qərar qəbul edilərsə, təsiri qismən azalda bilər.

Onun sözlərinə görə, İrana zərbə tarixi təsadüfən seçilməyib: “1 martda OPEC-in iclası keçiriləcək və burada istehsal kvotalarının artırılması ilə bağlı qərarın qəbul edilməsi ehtimalı 90% təşkil edir. Bu, bazar üçün güclü bir “ağrıkəsicidir”. Birjalar şənbə günü bağlanır və bu, hərbi kampaniyanın başlanğıcı ilə üst-üstə düşür.”

Ekspert proqnozlaşdırır ki, neft bazarı bazar ertəsi günü təxminən 3-5 dollar qiymət artımı ilə açılacaq. Lakin hələlik Hörmüz boğazının bağlanacağına və ya minalanacağına dair heç bir əlamət yoxdur:”Əhəmiyyətli olan əməliyyatın nə qədər davam etməsidir. Əgər iki həftədən çox davam edərsə, bu, artıq pisdir. Əgər onlar bunu iki həftə ərzində edə bilsələr, neft qiymətləri, ehtimal ki, aşağıya doğru dəyişəcək.”

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.