İranda 15 min nəfər koronavirusdan sağalıb

İndiyədək İranda koronavirusa yoluxanlardan 15 min 473 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Azpost.info İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin rəsmisi Cahanpur deyib.

Nazirliyin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri olan Kiyanuş Cahanpur ölkədə 47 min 593 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, ötən sutka ərzində 138 koronaviruslu xəstə vəfat edib. Bununla İranda bu xəstəlikdən həyatını itirənlərin sayı 3036 nəfərə çatıb.

Cahanpurun sözlərinə görə, indiyədək İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsində 67 milyon nəfərdən çox insan dispanserləşdirilib.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə alınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya hər şeyi başayaq edib –

Sonrakı məqalə

“Məğlubiyyət sindromunu” dağıdan dörd gün –