İranda 4,8 bal gücündə zəlzələ olub

07 İyul 2020 - 08:27

İranın Kirman əyalətində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Kirman əyalətinin Librdof bölgəsində yerin 10  kilometr dərinliyində baş verib.

Yeraltı təkan ətraf rayonlarda da hiss olunub.

Ölən, yaralanan və dağıntılar haqqında hələlik məlumat yoxdur. (APA)