İranda 6,2, Naxçıvanda 5 bal gücündə zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, maqnitudası 6,2 olan zəlzələnin dərinliyi 10 km olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

Naxçıvanda baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.

Bu barədə APA-nın yerli bürosuna Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yeraltı təkanlar təxminən 7 saniyə davam edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.