İranda avtobus aşıb, 14 nəfər ölüb

İranın Kirman əyalətində avtobusun aşması nəticəsində 14 nəfər ölüb.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

“Kirman-Rəvar yolunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb”, – deyə məlumatda bildirilir.

Ümumilikdə avtobusda 43 sərnişin olub. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.