İranda daha bir vəzifəli şəxs virusa yoluxdu

İranın fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nacar koronavirusa yoluxub.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari bildirib.

“Ötən həftə İsmayıl Nacar qrip simptomu ilə tibbi mərkəzə müraciət edib. O, 4 testdən keçib. Analiz nəticəsində onun COVİD-19 virusunun daşıyıcısı olduğu məlum olub”, – Ə.Bəxtiyari bildirib.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mirvari” gəzinti gəmisində dezinfeksiya işləri aparılıb

Sonrakı məqalə

Azərbaycan MDB ölkələrinin Teatr festivalında iştirakdan imtina edib