İranda hicabsız qadınlar universitetlərdə təhsil ala bilməyəcək

İranda hicabsız qadınlar universitetlərdə təhsil ala bilməyəcəklər.

Azpost.info xəbər verir ki, ISNA bunu ölkənin Elm, Tədqiqat və Texnologiya Nazirliyinə istinadən yazıb.

“Elm, Tədqiqat və Texnologiya Nazirliyinin tabeliyində olan bütün universitetlər və ali təhsil mərkəzlərində qaydalara əməl etməyən tələbələrə təhsil, sosial və digər xidmətlər göstərməyəcək”, – məlumatda deyilir.

Hakimiyyət tələbə vəzifələrini yerinə yetirən, iffət prinsiplərinə və hicab taxma qaydalarına əməl edən tələbələrə təşəkkür edib.

İranda hicab 1983-cü ildən qadınlar üçün məcburidir. Ölkə vətəndaşlarının xarici görünüşünü tənzimləyən qaydalarla bağlı məsələ 2022-ci il sentyabrın ortalarında Məhsa Əmininin ölümündən sonra kəskinləşib. O, hicabını səhv geyindiyinə görə polis tərəfindən döyülüb, bundan sonra ölkədə etirazlar başlayıb.

“İran İnternational”ın məlumatına görə, ötən ilin sentyabrın 17-dən dekabrına qədər 469 etirazçı və 61 təhlükəsizlik qüvvələrinin əməkdaşı öldürülüb. 18 min nümayişçi həbs edilib ki, onlardan bəziləri ölüm hökmünə məhkum olunub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.