İranda hökuməti tənqid edən futbolçu həbs edilib- FOTO

İranda milli futbol komandasının keçmiş oyunçusu və “Fulad” klubunun müdafiəçisi Voriya Qafuri hökumət əleyhinə etirazlara dəstək verdiyi üçün həbs edilib.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İdmançının futbol milli komandasını təhqir etdiyinə və hökumət əleyhinə təbliğat apardığına görə saxlanıldığı bildirilir.

“Bloomberg” yazır ki, Qafuri karyerası boyu İran hakimiyyətini açıq şəkildə tənqid edib. O, xüsusilə qadınların futbol matçlarına gəlməsinə qadağaya qarşı çıxıb və hakimiyyəti qarşıdurma siyasəti yürütməkdə günahlandırıb.

Son günlər isə idmançı fəal şəkildə İran hakimiyyətini etirazların yatırılmasına son qoymağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

“Hər şeyi edəcəyik ki, yanınızda bir çiyin hiss edəsiniz”

Sonrakı məqalə

“Rusiyanın çıxış yolları axtarmağa başlayacağı an gələcək”