“İranda hürriyyət!”

İranda baş verən hadisələr islam inqilabından sonra qurulmuş “müqavimət iqtisadiyyatının” ciddi fəsadlarından üzə çıxıb.
Dünya iqtisadiyytından kənarda qalan, neftlə zəngin İran obyektiv və subyektiv səbəblər üzündən əhalisini dolandıra bilmir.
Sosial problemlərdən qaynaqlanan son etirazlar sürətlə siyasi müstəviyə daşınır.
Dünənə qədər mühacirətdə olan şah tərəfdarlarının simvolik rəhbəri kimi təqdim edilən Rza Pəhləvi ümumi İran etiraz aksiyalarının liderinə çevrilir.
Maraqlı prosesdir.
İranda baş verənlər böyük dövlətlərin prosesə diqqəti ilə müşaiyət olunur. Bu sırada ABŞ əsas təzyiq rıçağıdır.
İranda daxili etirazların miqyası hələlik 2002 yaxud 2022-ci illərin miqyasına çatmayıb. Lakin bu etirazları fərqləndirən əsas detal silahlı müqavimətdir. İranın müxtəlif şəhərlərində silahlı dəstələr hakimiyyət orqanlarına atəş açır, öldürür.
Bu, “bumeranq effekti” yaradıb.
Çünki etiraz aksiyalarında xeyli sayd dinc insanlar da iştirak edir və onların tələbələri qanunidir. Lakin silahlı müqavimət dəstləri ilə polis arasında atışmada dinc sakinlər həlak olursa, və bu periodik hal alırsa bu zaman proses tamam ayrı müstəviyə daşınır.
İran İsraillə 12 günlük müharibədə ciddi zərbə alıb və “qalxan”ı sayılan nüvə sektoru dağıdılıb.
Bu baxımdan ABŞ artıq İranın zəif nöqtələrindən xəbərdardır.
Trampın Tehrana müdaxilə ilə bağlı xəbərdarlığı bu baxımdan İran siyasi elitasını seçim qarşısında qoyub: Etirazları zor gücünə yatırmaq, bununla ABŞ-ın zərbələrinə imkan yaratmaq, yoxsa etirazçılarla dialoq?
Hazırda bu məsələdə yekdil qərar yoxdur.
Mühafizəkar siyasi elita islam inqilabının əsas prinsiplərindən geri durmağı təsəvvür etmir, islahatçılar isə iqtisadiyyatda “nəfəslik” tələb edirlər.
Bu baxımdan “İranda hüriyyət” məsələsi çoxvektorlu xarakter almağa başlayıb.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.