İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 75 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8 659 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 369 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 182 545 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 144 649 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2739 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.