İranda koronavirusa yoluxan daha 107 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 107 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 8 min 837 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 min 472 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 187 min 427 nəfərə çatıb. İndiyədək virusa yoluxan 148 min 674 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2781 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DIN Quba yolundakı maşınların nizamsız hərəkətinə münasibət bildirib –

Sonrakı məqalə

Qorbaçovun iştirak etdiyi iclasda Qarabağla bağlı qalmaqal –