İranda koronavirusa yoluxan daha 117 nəfər ölüb

12 Aprel 2020 - 14:29

İranda yeni tip koronavirusa (Covid-19) yoluxanların sayı 71 min 686 nəfərə çatıb.

Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Ölkədə son sutka ərzində  koronavirusa yoluxan 117 nəfər vəfat edib. Bununla da bu günədək koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 4 min 474-ə çatıb.

Son sutka ərzində  ölkə ərazisində 1657 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək İranda (Covid-19) virusuna yoluxmuş 43 min 894 nəfər sağalıb.  Hazırda virus daşıyıcısı olan 3 min 930 nəfərin vəziyyəti ağırdır.