İranda koronavirusdan ölənlərin sayı 354-ə çatıb

11 Mart 2020 - 15:31

İranda koronavirusdan ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, İran Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə “Twitter”də bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 354-ə çatıb.

“Koronavirusa yoluxanların sayı 9 min nəfər təşkil edir ki, onlardan 2959 nəfəri sağalıb”, – deyə Əli Rza Vahabzadə vurğulayıb.