Fəttah Heydərov MM-in Hesablayıcı komissiyasının sədri seçilib

Milli Məclisin Hesablayıcı komissiyasının sədri məlum olub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu APA-ya açıqlamasında deyib ki, Hesablayıcı komissiyanın bu gün keçirilən iclasında Fəttah Heydərov komissiyanın sədri seçilib.

Mixail Zabelin isə Hesablayıcı Komissiyanın katibi olub.

Qeyd edək ki, Hesablayıcı komissiya MM-in dünən yeni tərkibdə keçirilən ilk iclasında formalaşdırılıb. Komissiyaya Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusdan ölənlərin sayı 354-ə çatıb

Sonrakı məqalə

Ağcabədidə 4 uşaq anası intihar edib