“İranda liderliyi yaxşı bacaran bir neçə nəfər var, onların sağ qalmasına çalışırıq” –TRAMP

Tramp
Tramp

“Biz İrana gəlib hər şeyi tam təmizləmək istəyirik”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC News-a müsahibəsində deyib.

ABŞ prezidenti Donald Tramp “İran rəhbərliyinin tamamilə aradan qaldırılmasını” istədiyini bildirib. O, əlavə edib ki, “yaxşı lider” roluna namizədləri var.

“Bizə hər şeyi 10 il ərzində bərpa edəcək biri lazım deyil. Biz onların yaxşı liderə sahib olmasını istəyirik. Bizim fikrimizcə bu işi yaxşı bacara biləcək bir neçə nəfər var. Biz onları müşahidə edirik və onların sağ qalmaları, müharibəni keçib sağ çıxmaları üçün addımlar atırıq”, – deyə Tramp NBC News-a verdiyi telefon danışığında bildirib.

Tramp yenə də namizədlərin adını çəkməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.