İranda məhkəmə daha bir etirazçıya ölüm hökmü çıxarıb

İranda məhkəmə vətəndaşları iğtişaşlara təhrik etdiyinə görə daha bir etirazçıya ölüm hökmü çıxarıb.

Azpost.info xəbər verir ki, bu barədə TASNİM agentliyi hökmü çıxaran baş hakimə istinadən məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən Cavad Ruhi Növşəhrdə mitinqdə iştirak edən vətəndaşları iğtişaşlara təhrik edib. Qarşıdurma nəticəsində 5 nəfər həlak olub, bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Hökmdən İranın Ali Məhkəməsinə şikayət verilə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Aİ Rusiyaya hərbi yardım göstərənlərə yeni sanksiyalar tətbiq edəcək”

Sonrakı məqalə

KTMT sülhməramlılarının Qarabağa gəlməsi real deyil –