“İranda nüvə bunkerini bombalamağa ehtiyac yoxdur” –MAQATE-nin rəhbəri Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ABŞ-ın İranın Fordodakı nüvə obyektinə zərbələr endirmək üçün bunker bombalarından istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

AzPost bildirir ki, o bu barədə CNN-ə deyib.

“Ümid edirəm ki, bu baş verməyəcək. Ümid edirəm ki, biz diplomatik həll yoluna qayıda bilərik. İnanırıq ki, yaxşı razılaşmamız və etibarlı yoxlamamız var. Bunkerləri məhv etməyə ehtiyac yoxdur”, – o, CNN-ə deyib.

Qrossi İranın urana malik olması və yaxın gələcəkdə atom bombası hazırlaya biləcəyi iddialarını “spekulyasiya” adlandırıb. Onun sözlərinə görə, yanacağa sahib olmaq mütləq silahların yaradılması demək deyil. O vurğulayıb ki, bu yolla ərazilərində atom elektrik stansiyaları fəaliyyət göstərən bütün ölkələr nüvə silahı hazırlamaqda ittiham oluna bilər.

MAQATE rəhbəri daha əvvəl bəyan etmişdi ki, İsrailin hücumları başlayanda İran nüvə bombası yaratmaq üzərində işləmirdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.