Şənbə günü paytaxt Tehran və İranın digər şəhərlərdə etiraz aksiyaları davam edib, aksiyalarda iştirakla əlaqədar həbs edilənlərin bəzilərinin edamına etiraz bildirilib.
Dünən gecə İsfahan, Təbriz, Kərəc və Tehranda gecə saatlarında səssiz yürüş keçirib.
Universitetlərdə keçirilən aksiyalarda isə saxlanılmış tələbələrin azadlığa buraxılması tələb olunub.
Eyni zamanda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günündə İranda ümummilli etirazlara dəstək olaraq bır sıra ölkələrdə aksiyalar keçirilib. (APA)